"Xəzər Lənkəran" və gənc qapıçısı Orxan Sadıqlı arasında yeni müqavilə imzalanıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, klubun yetirməsi ilə başa çatmaqda olan müqavilənin daha üç il müddətinə artırılması barədə razılıq əldə olunub.
Bununla yanaşı digər qapıçı, Braziliyalı Duqlas Leyte ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməsi qərara alınıb. "Xəzər Lənkəran" Duqlasa burada olduğu müddətdə komandaya etdiyi köməyə görə təşəkkürünü bildirib və ona gələcək karyerasında uğurlar arzu edib.





