Futbol üzrə İspaniya çempionatının ikinci divizionunda növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası – "Real Mursiya" 19-cu tur çərçivəsində səfərdə “Saraqosa”nın ikinci komandası ilə qarşılaşıb.
Oyun qolsuz heç-heçə ilə başa çatıb. Eddi bu oyuna start heyətdə çıxıb və 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, “Mursiya” 19 turdan sonra 27 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Shares: