"Qəbələ"dən gedəcəyi gözlənilən Lourival Assis komandada qalacağını bəyan edib. Bu barədə danışan yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında bunları söyləyib:
 
"Hələ ki, heç bir təklif yoxdu. Ona görə də "Qəbələ"də qalmalıyam. Çünki bu komanda ilə maya qədər müqaviləm var. Əgər başqa təklif olsaydı, bəlkə də gedərdim. Amma təklif yoxdusa, klubumu dəyişmək haqda düşünməyə dəyməz. Düzdü, meydana az çıxıram. Ancaq yenə də burada hər şeyin yaxşı olacağına inanıram".
Shares: