Bu mövsümü icarə əsasında “Sumqayıt”da keçirən, lakin müqavilə ilə “Bakı”ya məxsus olan Nurlan Novruzov Türkiyə PTT 1-ci liqasında oynaya bilər. Futbolinfo.az xəbər verir ki, hazırda qardaş ölkədə olan gənc hücumçu “Fəthiyəspor” klubunda baxışdadı.
Novruzov klubun baş məşqçisi tərəfindən bəyənilərsə, müqavilə bağlayacaq. Əks təqdirdə gənc forvard “Bakı” klubunun düşərgəsinə qayıtmalı olacaq.
Qeyd edək ki, bir müddət öncə "Fəthiyəspor"un nümayəndələri Bakıda olmuş, bir neçə oyunçu bəyənmişdilər. Onlardan da biri məhz Novruzov idi.





