“Bakı”nın heyətindən “Lans”a gedəcək futbolçuların adına aydınlıq gəlib. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, Ülvi Süleymanov, Vüqar Bəybalayev, Mahir Mədətov, Nicat Əsgərov və Valeh Seyidov Fransa klubunun düşərgəsinə yollanacaqlar.
 
Yanvarın 11-də “Bakı” ilə İspaniyaya yollanacaq gənc futbolçular burada hazırlığı başa vurduqdan sonra Fransaya yola düşəcəklər və “Lans”ın heyətinə qatılacaqlar.
 
Xatırladaq ki, bundan öncə “zolaqlılar”ın 5 futbolçusu – Cavid Mikayıllı, Rahil Əliyev, Qəlbinur Adıgözəlli, Asim Abdullazadə və Ruslan Süleymanov “Atletiko”nun düşərgəsinə göndərilmişdi.
Shares: