İsveçrə millisi də Hollandiyanın siyasətini özü üçün nümunə götürüb. Futbolinfo.az xəbər verir ki, Isveçrə Futbol Federasiyası DÇ-2014-dən sonra baş məşqçi dəyişikliyi edəcək.
Rəhbərlik "Latsio"nun hazırkı çalışdırıcısı Vladimir Petkoviçlə bir illik müqavilə imzalayıb. Bu isə o deməkdir ki, Petkoviç ən azı yayda “Latsio”dan ayrılacaq.
Sözləşmənin müddəti yığmanın uğurlarına əsasən sonradan uzadıla bilər. Xəbəri ölkənin futbol federasiyasının prezidenti də təsdiqləyib.
Qeyd edək ki, İsveçrə millisinin hazırkı çalışdırıcısı Ottmar Hitsfelddi.





