Vaxtilə “Portu” forması ilə adından söz etdirən Rikardo Kuaresma yenidən bu kluba qayıdacaq. Futbolinfo.az xəbər verir ki, son olaraq Qətərin "Əl Əhli" klubunda top qovan forvardın vətəninə qayıtmaq fikrinə düşüb.
Artıq 30 yaşlı futbolçunun "Porto" ilə anlaşdığı bildirilir. Yaxın günlərdə tərəflər 2,5 illik müqavilə imzalayacaq. "Portu"nun prezidenti Paulo Foneska da portuqaliyalı futbolçunu transfer etmək istədiklərini təsdiqləyib.
Xatırladaq ki, Kuaresma karyerası ərzində “İnter”, “Çelsi”, “Beşiktaş” kimi klubların formasını geyib.






