"Yuventus" qış “transfer pəncərəsi”də transfer hədəflərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisinin hədəfləri arasında "Bavariya"nın hücumçusu Mario Mandzukiç də var. 

27 yaşlı futbolçunun Avroliqada "Yuventus"a kömək edə bilmə ehtimalı da "qoca sinyora"nı hərəkətə keçirib. Son İtaliya çempionu xorvatiyalı futbolçunun keçidi üçün qarşı tərəfə 20 milyon avro təklif edib. Lakin Münhen təmsilçisi hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Mandzukiç 2012-ci ildə 12 milyon avro qarşılığında "Volfsburq"dan "Bavariya"ya transfer olunmuşdu.

Shares: