Uzun müddətdi ki, zədə səbəbindən forma geyinə bilməyən "Real"ının futbolçusu Xabi Alonso artıq komanda ilə məşqlərə çıxmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, ötən mövsümün sonunda əməliyyat olan yarımmüdafiəçi klubun "Yuventus"la oyunöncəsi son hazırlığında iştirak edib.
 
 
Futbolçunun La Liqanın 10-cu turunda "Barselona" ilə matçda iştirak edəcəyi gözlənilir.
 
Qeyd edək ki, "Barselona" – "Real" qarşılaşması oktyabrın 26-da, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp