"Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı təsdiqlənib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu yanvarın 5-də Bakıda toplaşacaq.
 
Öncə yerli futbolçular bir araya gələcək. Legionerlər isə yanvarın 9-10-da düşərgəyə qoşulacaq.
 
Mərdəkandakı "Dalğa Arena”da hazırlığa start verəcək "Rəvan” 1 həftə ərzində Bakıda məşq edəcək. Yanvarın 14-dən etibarən isə hazırlıqlar Türkiyənin Antalya şəhərində davam etdiriləcək. Ayın 26-da Türkiyə toplanışını başa vururaq vətənə dönəcək "aslanlar” çempionatda 3-cü dövrənin startına qədər olan müddətdə Bakıda hazırlıqları yekunlaşdıracaq. Qardaş ölkədə 4 yoxlama görüşü keçirmək planlaşdırılır. (klub saytı)
Shares: