Yunanıstanın “Panaxaiki” klubunun bosniyalı yarımmüdafiəçisi Mario Bojiç yenidən milli çempionatımıza qayıdır. Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ötən mövsum “Simurq”da çıxış etmiş futbolçunun Premyer Liqamıza qayıdışı gündəmdədi.
Xatırladaq ki, Bojiç son yarım ili “Panaxaiki”də top qovub və Yunanıstan birinci divizionunda cəmi 6 oyunda oynayıb. Bojiçin məhz hansı kluba keçəcəyi barədə məlumat yoxdu. Ancaq futbolçunun hazırkı komandasının məşqçisi Nikos Papadopulosun sözlərinə görə, 30 yaşlı bosniyalının qış başqa komandaya keçmək ehtimalı yüksəkdi.





