Topaz Premyer Liqasının 17-ci turunda "Neftçi"nin kapitanı Mahir Şükürov son dəqiqədə "Qəbələ"nin qapısına təyin olunmuş cərimə zərbəsindən qol vuraraq bakılılara qələbə qazandırmışdı. Lakin həmin görüşdə qəhrəmana çevrilən bu futbolçunun onu gözdən salacaq videogörüntüsü ortaya çıxıb.
 
Futbolinfo.az xəbər verir ki, flaqmanın kapitanı həmin matçının gedişində rəqib futbolçu Leonardo da Silvanın üzünə tüpürüb. Silva həmin anda oyunun baş hakimi Əliyar Ağayevə bunu bildirsə də, referi əcnəbi futbolçunun etirazına önəm vermir. Mahirlə Silva arasında baş verən həmin anın videogörüntüsünü sizlərə təqdim edirik.

Shares: