Bu gün Lənkəranda “Xəzər Lənkəran” – “Neftçi” oyunundakı məlum hadisələrə görə həbs olunan 7 azarkeşin məhkəməsi keçirilib. Futbolinfo.az xəbər verir ki, Lənkəranda baş tutan məhkəmə prosesi yenə yekun qərar olmadan başa çatıb.
 
Göruşdə “Xəzər Lənkəran” klubunun nümayəndələri iştirak edib. Həmçinin “Neftçi” azarkeşləri də məhkəmə prosesinə qatılıb. Əvvəlcə polislərin həbs olunan azarkleşlərə qarşı şahidlik edəcəyi deyilsə də, bu, baş verməyib. Əvəzində əsgərlər dindirilib, baş verənlərlə bağlı şahidlik ediblər.
 
Qeyd edək ki, məhkəmənin ilk iclası dekabrın 12-də baş tutmuşdu. Həmin gün olduğu kimi, bu dəfə azarkeşlərə hökm oxunmayıb və məhkəmə prosesinin yanvarın 15-də davam etidirlməsi qərara alınıb.
Shares: