Qış transfer pəncərəsində yeni futbolçuları heyətinə qatmağa hazırlaşan AZAL bir neçə futbolçusu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, Şüvəlan klubu iki legioneri – Yuri Fomenko və Freddi Borq ilə vidalaşıb.
Bu barədə saytımıza açıqlamasında sözügedən klubun vitse-prezidenti Vaqif Qasımov məlumat verib: "Transferlərimiz əsasən hücum mövqeyinə olacaq. Bundan başqa dayaq yarımmüdafiəçi mövqeyini də gücləndirməyi düşünürük. Yuri Fomenko və Freddi Borq komandaya uyğunlaşa bilmədi. Ona görə onların əvəzinə heç olmasa 2 hücumçu lazımdı. Yenə də buna baş məşqçi qərar verəcək. Çünki o, heyətdə olan çatışmazlıqları daha yaxşı bilir".






