"Barselona"nın ulduz futbolçusu Lionel Messinin komandası ilə müqavilənin nə zaman yeniləcəyi məlum olub. Futbolinfo.az xəbər verir ki, katalonlar hücumçunun Argentinadan dönməsini gözləyir.
 
26 yaşlı futbolçu qayıdan kimi rəhbərlik onunla görüşəcək. Yanvarda Messini dünyanın ən çox qazanan futbolçusu edəcək müqavilə imzalanacaq.
 
"Barselona" oyunçunun başqa kluba transfer olunmasından qorxduğu üçün müqaviləni yeniləməyə qərar verib.
Shares: