"Fənərbaxça"nın sabiq baş məşqçisi Aykut Kocaman son vaxtlar aldığı təkliflərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, "Latsio" və Marsel "Olimpik”indən təklif aldığını, lakin hər iki tərəfi geri çevirdiyini bildirib.
 
Kocaman mövsümün sonuna qədər çalışmaq istəmədiyi üçün belə bir qərar verib.
 
Qeyd edək ki, təcrübəli baş məşqçi "Fənərbaxça"dan ayrıldıqdan sonra verdiyi açıqlamasında bir il işləməyəcəyini demişdi.
Shares: