Futbol üzrə Türkiyə birinci divizionunda çıxış edən "Karşıkaya" məşhur fransalı futbolçu Cibril Sissenin transfer etməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu haqda Fransa mətbuatı xəbər yayıb. Gələn ay Rusiyanın "Kuban" klubu ilə yollarını ayıracaq təcrübəli futbolçunun hansı qərarı verəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, 33 yaşlı hücumçu bu mövsüm "Kuban"ın heyətində 15 oyunda 5 qol vurub.





