"Mançester Yunayted"in məşqçilər korpusu daha bir mənfi xəbərlə üz-üzə qalıb. Futbolinfo.az xəbər verir ki, komandanın zədəli futbolçusu Luiş Naninin durumunun xeyli ciddi olduğu müəyyənləşib.
 
Bu barədə açıqlama verən baş məşqçi Devid Moyes portuqal oyunçunun bir neçə həftə forma geyə bilməyəcəyini vurğulayıb: "Naninin zədəsi gözlədiyimizdən daha ciddi oldu. Çox güman ki, bir neçə həftə yaşıl meydanlardan uzaqda qalacaq".
 
Nani iki həftə öncə oynanılan "Nyukasl"la matçda zədələnmişdi.
 
Xatırladaq ki, dünən "qırmızı şeytanlar"ın belçikalı futbolçusu Maruan Fellaininin 4 ay forma geyə bilməyəcəyi açıqlanmışdı.
Shares: