İspaniyanın "Real" (Madrid) klubu qapıçısını satmaqdan imtina edib. Futbolinfo.az xəbər verir ki, söhbət, La Liqa matçlarında “Kral Klubu”nun qapısını qoruyan Dieqo Lopezdən gedir.
Madrid təmsilçisi "Çelsi"nin təklifini rədd edib. İspanlar qolkiperlə yolları ayırmaq istəmədəyi üçün təklifi müsbət cavablandırmayıb.
Qeyd edək ki, Lopezi "Real"a klubun keçmiş çalışdırıcısı olan və hazırda "Çelsi"ni çalışdıran Joze Mourinyo transfer etmişdi.





