ABŞ-ın məşhur "Bleacher Report" saytı ənənəsinə sadiq qalaraq 2013-cü ilin ən yaxşı futbolçularını müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, 100 futbolçunun yer aldığı siyahıda iki türk futbolçu – Arda Turan (72-ci) və Səlcuk İnan (87-ci) da yer alıb.
Ümumilikdə isə siyahıya "Real" (Madrid) və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo başçılıq edir. Ötən mövsüm "Bavariya" ilə Çempionlar Liqasının qalibi olmuş kapitan Filip Lam ikinci, "Liverpul"un və Uruqvay yığmasının forvardı Luis Suares isə üçüncü olub.
İlk “onluq” belə formalaşıb:
1. Kriştianu Ronaldo ("Real", Madrid)
2. Filip Lam (Bavariya)
3. Luis Suares (Liverpul)
4. Frank Riberi (Bavariya)
5. Artur Vidal (Yuventus)
6. Aryen Robben (Bavariya)
7. Robert Levandovski (Borussiya, Dortmund)
8. Lionel Messi (Barselona)
9. Tyaqo Silva (PSJ)
10. Serxio Aquero (Mançester Siti)





