Bir müddət müxtəlif yaş qrupları üzrə milli komandalarımızda və "Neftçi"də işləmiş Arif Əsədov hazırda işsiz məşqçilər sırasındadı. Futbolinfo.az xəbər verir ki, əvvəl U-17, sonra isə U-19 yığmamızı çalışdıran mütəxxəsis yeni yaradılması gözlənilən U-20-nin baş məşqçi təyin olunmalıydı.
 
Amma nədənsə, bu proses hələ ki, gecikir. Hazırda Əsədovun adı hətta bir neçə klubla yanaşı hallanır. Onun "Sumqayıt"ın sükanı arxasına keçəcəyi də deyilr. Lakin məşqçi bu xəbərləri saytımıza verdiyi açıqlamasında təkzib edib: "Heç bir klubdan rəsmi təklif almamışam.  O ki qaldı "Sumqayıt" klubuna, onların məşqçisi var. Aqil Məmmədov hörmət etdiyim məşqçidi. U-20 ilə bağlı öz təklifimi irəli sürmüşəm. Hələ ki, gözləyirəm. Yaxın günlərdə bəlli olacaq".
 
Əsədov millyə yenidən təyin olunmuş Berti Foqtsa bağlı suala belə cavab verdi: "Nə isə deməyin mənası yoxdu. Foqtsa yalnız uğurlar arzulaya bilərəm".
 
KƏMALƏ İSMAYILOVA
Shares: