“Qaziantepsor”un baş məşqçisi son vaxtlar mətbuatda yayılan xəbərlərlə bağlı açıqlama verib. Qeyd edək ki, bir neçə gün öncə çalışdırıcının Türkiyə Super Liqasında birinci dövrə bitdikdən sonra istefa verəcəyi qeyd olunurdu.
Futbolinfo.az xəbər verir ki, Sərgən klubun rəsmi internet səhifəsində yayınlanan xəbərdə bunu təkzib edib: "Əvvəlcə bilinməsini istəyirəm ki, son vaxtlar mətbuatda çıxan xəbərlər tərəfimdən deyilən sözlər deyil. Vəzifəyə başladığımız ilk gündən etibarən Superliqanın rəsmi yayın orqanı “Lig TV”-dən başqa heç bir media orqanına danışmamışam, müsahibə verməmişəm. Bura gələndə komandanın içində olduğu vəziyyətindən ötəri mən və qrupum yalnız matçları düşünərək işləyirik. Komandamıza mənfi təsir etməmək üçün heç bir mövzunu oyunçulara əks etdirməmişik. İctimaiyyətə məlumatlandırmaq adına lazımlı şərhləri “Bursaspor”la matçdan sonra verəcəm”
Qeyd edək ki, mövsümün ortasında “Qaziantepspor”un başına keçən Yalçın çıxdığı bütün matçları qələbə ilə başa vuararaq komandanı autsayderlər qrupundan çıxarıb.





