“Xəzər Lənkəran”dan gedəcək daha bir futbolçunun adına aydınlıq gəlib. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi Eduard Oriol da komandadan göndəriləcək.
Toşakın yayda cənub klubunun heyətinə cəlb etdiyi futbolçu ümidləri doğrultmadı. Gəldiyi gündən əvvəlcə əvəzedici heyətdə oynayan, daha sonra isə ehtiyat oyunçular skamyasında oturan Edu ləqəbli futbolçu Mustafa Dənizlinin də diqqətini cəlb edə bilməyib. Çox güman ki, “Xəzər Lənkəran” Antalya toplanışına qədər ispaniyalı ilə müqaviləyə xitam verəcək.





