"Xəzər Lənkəran"ın hücumçusu Junior Nildo komandadan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
 
"Mənim "Xəzər Lənkəran"la müqaviləm var. Hələ bilinmir ki, nə olacaq. Bu barədə kimsə mənə nəsə deməyib. AZAL-a qayıtmaq söhbətindən xəbərim yoxdu. Hələ ki, Milad bayramına hazırlaşıram. Yanvarın 4-də hər şeyə aydıınlıq gələcək".
Shares: