"Barselona"nın hücumçusu Pedro Rodriqeslə bağlı ortaya yeni iddia atılıb. Futbolinfo.az xəbər verir ki, forvard "Arsenal" və "Liverpul" klublarının maraq dairəsinə düşüb.
Hər iki komanda təklif üçün qış “transfer pəncərəsi”ni gözləyir. "Barselona" ilə 2016-cı ilə qədər müqaviləsi olan Pedronun təzminat qiyməti 125 milyon avrodu. İngilis klubları bu məbləği ödəməklə yox, danışıqlar yolu ilə hücumçunu heyətinə qatmaq istəyir.





