Tacikistan milli komandasının müdafiəçisi Davron Erqaşevin “Qəbələ”yə transfer olunacağı barədə bu ölkənin mətbuatında xəbərlər yayılsa da, Azərbaycan klubu bunu təkzib edib. “Qırmızı qaralar”ın meneceri Səbuhi Səfiyarlı futbolinfo.az saytına açıqlamasında belə bir futbolçu ilə danışıqlar aparmadıqlarını bildirib:
“Biz belə bir futbolçu ilə maraqlanmırıq. Düzdü, bir-iki xarici futbolçu transfer etmək niyyətimiz var. Amma Davron Erqaşev adlı futbolçu siyahımızda yoxdu. Heç o futbolçunu tanımırıq da”.





