Transfer dövrü yaxınlaşdıqca Dortmund “Borussiya”sı heyətdəki aparıcı futbolçuları itirməmək üçün onların təzminat qiymətini artırmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, belələrindən biri də istedadlı yarımmüdafiəçi Marko Roysdu.

Daha öncə təzminat qiyməti 29.4 mln funt olan gənc futbolçunun sərbəst qalma əvəzi bir qədər də artırılıb. "Arsenal", "Barselona", "Mançester Yunayted" və PSJ kimi klubların transfer hədəfində olan Roysu almaq istəyən komanda 40 milyon funtundan keçərək onu heyətinə qata biləcək.

Qeyd edək ki, Marko 2012-ci ildə 17,5 mln avro qarşılığında "Borussiya"dan (Münhenqladbax) transfer olunmuşdu.

Shares: