Türkiyə millisinin baş məşqçisi Fatih Terim yığma komandanın aşağı yaş qruplarında bəzi islahatlar aparmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis əməliyyata komandaların məşqçilərini işdən azad etməklə başlayıb.
"İmperator" A2 komandasından tutmuş U-14 komandasına qədər qapıçılarla işləyən bütün məşqçiləri qovub. Bunlar Nurettin Yıldız (A2), Mithan Yüksek (U-21), Altay Dağdelen (U-19) və Bülənt Yılmazdı (U-15 və U-14).





