"Tavşanlı Linyitspor"un müdafiəçisi Usim Ndukanın Futbolinfo.az saytına müsahibəsi

– Türkiyədə işləriniz necə gedir?
– Pis deyil.

– Deyilənə görə "Tavşanlı Linyitspor"dan ayrılacaqsınız…
– Yox, hələki burdayam. Bizim məşqçimiz istefa verib və yerinə köməkçisi işləyir.

– Komandanı tərk edəcəksiniz?
– Mən 15 və ya 16 oyun 90 dəqiqə oynamışam. Amma indi başqa futbolçular da var, onlar da oynamalıdılar. Əgər bundan yaxşı təklif olsa, komandanı tərk edə bilərəm. Hazırda bir neçə təklif var.

– Hansı klublardan təklif var?
– Bunu deyə bilmərəm. 

– Azərbaycandan təkliflər var?
– Bəli, Azərbaycandan da bir neçə təklif var.

– Hansı klublardı? Çempionluq üçün oynayan komandalardı?
– Bunu sizə deyə bilmərəm.

– Azərbaycana qayıtmaq istəyirsiniz?
– Əlbəttə.. Əgər daha yaxşı təklif varsa, niyə də qayıtmayım. Azərbaycan mənim evimdi.

– Futbolçularımızın çoxu Türkiyə PTT 1-ci liqasından pul problemlərinə görə ayrıldılar…
– Mən onların dəqiq niyə ayrıldıqlarını bilmirəm.

– "Tavşanlı Linyitspor"da da pul problem var?
– Bəli, Burda da əmək haqqları gecikir.

– İstirahət nə zamandı?
– Bizim dekabrın 28-də son oyunumuzdu. Ondan sonar istirahət olacaq. Mən Bakıya gələcəm və yeni ili orda keçirəcəm. Çünki ailəm də ordadı. 

– Növbəti matçda oynaya biləcəksiniz?
– Ola bilər ki, oynayım.

– Məşqçi ilə probleminiz var?
– Yox, mənim heç kimlə problemim yoxdu.

– Ola bilər ki, komandada qalasan?
– Bilmirəm. Mənim ailəm bunu istəmir. Çünki mən onlardan uzaqdayam.

– Azərbaycan Premyer Liqasını izləyirsiniz?
– Əlbəttə ki, baxıram..

– Hansı komandaların oyunu xoşunuza gəlir?
– Bütün komandalar güclüdü. 

– Sizcə, çempion hansı komanda ola bilər?
– Bilmirəm. Bu sürpriz bir komanda da ola bilər. Heç kimin gözləmədiyi bir komanda sonda birinci yeri tuta bilər. 

ELSEVƏR

Shares: