“Neftçi” növbəti dəyişikliyin astanasındadı. Komandanın baş məşqçisi Tərlan Əhmədov və köməkçilərinin istefaya göndərilməsi rəsmiləşməsə də, bunun qaçılmaz olduğu aydındı. Super Kubok matçından dərhal sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqov belə açıqlama veribsə, deməli, bu yoldan geriyə dönüş yoxdu.

İndi “Neftçi”dən məsələyə münasibət öyrənmək üçün kimsəni tapmaq mümkün deyil. Mətbuat xidməti susur, rəhbərlik əlçatmazdı. Mətbuatla az-çox ünsiyyət quran vitse-prezident Tahir Süleymanov da zənglərə cavab vermir. Axı, 3 gün öncə "Neftçi" yalnız yerli mütəxəssislərlə işləyir. Onların çalışması üçün şərait yaradırdı. Tərlan da Azərbaycanın gənc və bacarıqlı məşqçilərindəndi. Hacıyevin gedişindən sonra komanda ona həvalə edildi. Hələ ki, Tərlan bu işin öhdəsindən gəlir. Biz məşqçimizi dəyişməyi düşünmürük. Siz bu sualı gündə bir baş məşqçi gətirən klub rəsmilərinə versəniz, daha yaxşı olar” deyən Tahir bəy indi nə desin?

Bununla belə, gəzən şayiələrə inansaq, “Neftçi” mütləq yerli məşqçiyə güvənəcək. AZAL-in sabiq baş məşqçisi, yığmada Berti Foqtsa yardım edən Nazim Süleymanovun adı siyahının ilk pilləsindədi. Ancaq onun, yoxsa başqa birinin paytaxt klubuna təyin olunacağı hələ dəqiqləşməyib. Məsələyə tezliklə aydınləq gəlməlidi. Elə Əhmədovun tək, yoxsa köməkçiləri ilə birgə istefaya göndəriləcəyinə də…

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp