İspaniyanın "Barselona" klubu “Napoli”yə futbolçu göndərir. Gözlənildiyi kimi bu Xavyer Maskerano yox, Aleksandr Sonq olub. Futbolinfo.az xəbər verir ki, tərəflər icarə müqaviləsi əsasında razılaşıblar.
Yarımmüdafiəçinin yanvardan etibarən "Napoli"də forma geyəcəyi gözlənilir. Sonq bu mövsüm "Barselona"nın heyətində 9 oyun keçirib.





