Braziliya yığmasının sabiq qapıçısı Dida özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, 40 yaşlı qolkiper karyerasını vətənində – “İnternasional”da davam etdirəcək. 

Vaxtilə İtaliya “Milan”ının şərəfini qoruyan Dida yeni klubu ilə 2 illik sözləşmə imzalayıb. Son olaraq “Qremio”da forma geyən təcrübəli əlcək sahibi karyerası ərzində 29 müxtəlif mükafat qazanıb. Eləcə də o, Braziliya millisində ən çox oyun keçirən 15 futbolçu arasında yer alır.

Shares: