"Xəzər Lənkəran" daha bir yerli futbolçunu heyətinə qatmaq fikrindədi. Belə ki, Mustafa Dənizli Slavik Alxasovdan sonra Cavid Hüseynovu da sərəncamında görmək istəyir.

Bu xəbəri Futbolinfo.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib. Cəbrayıloğlu bu barədə ətraflı məlumat verməsə də, xəbərin doğru olduğunu bildirib.

Shares: