Mustafa Dənizlinin qapıçılar üzrə məşqçi Hafiz Əliyev və fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorreni komandadan göndərəcəyi ilə bağlı xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis mətbuata verdiyi müsahibədə buna sabah qərar veriləcəyini bildirib:
“Köməkçilərimlə bağlı hər şey bazar günü dəqiqləşəcək. Onların taleyinə məhz həmin gün aydınlıq gələcək. Hafiz Əliyev və Covanni Melkiorre ilə bağlı qərarımızı verəcəyik. Transferlərlə bağlı isə danışmaq istəmirəm. Hələki bütün bunlar klub daxilində müzakirə olunur”.





