Madrid “Atletiko”su son günlər istedadlı oyunçusu Kokenin ətrafında dolaşan transfer şayələrini nəzərə alaraq, kəskin addım atıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik yarımmüdafiəçinin satış qiymətini 60 milyon avro olaraq təyin edib.
Bu maddənin müqaviləyə salınmasından sonra futbolçunu heyətinə qatmaq istəyən klubların da əli-qolu bağlanıb. Çünki heç kim hələ özünü tam sübut etməmiş 21 yaşlı oyunçuya görə 60 milyon ödəmək fikrində deyil.
Qeyd edək ki, Koke ilə “Bavariya” və “Mançester Yunayted” yaxından maraqlanır.





