Elnur Allahverdiyev artıq “Xəzər Lənkəran”a qayıdıb. Lakin qalmaqalla komandadan gedən futbolçunun yenidən bu komandaya qayıtması gözlənilən deyildi. “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov Allahverdiyevin komandaya qaytarılması ilə bağlı Futbolinfo.az saytına verdiyi açıqlamada bunları dilə gətirib:
"Elnur Allahverdiyev komandaya qayıdıb. Onun geri qaytarılmasına səbəb Mustafa Dənizlinin istəyidi. Futbolçunun azarkeşlərlə keçmişdə problemi ola bilər. Amma məşqçi geri qayıtmasını istədikdən sonra başqa fikirlər nəzərə alınmamalıdı. Elnur Allahverdiyev baş məşqçimizə lazımdı ki, onu komandaya qaytardı”.
Qeyd edək ki, Elnur Allahverdiyev bu mövsümün əvvəlində “Xəzər Lənkəran”dan qalmaqallı şəkildə ayrılaraq, icarə əsasında “Qəbələ”yə keçmişdi.





