Kriştianu Ronaldonun meneceri Yorqe Mendes müştərisinin futbolçu kimi daim əla formada olmasından danışıb. Futbolinfo.az xəbər verir ki, o, həmyerlisinin bundan da artıq qol vurmaq potensialına malik olduğunu bildirib:
"Sportinq"də oynayan zaman onunla İngiltərə, İspaniya və İtaliya klubları maraqlanırdı. Lakin hamı onun daha bir il “Sportinq”də qalmasını istəyirdi. Onu dərhal istəyən yeganə adam Aleks Ferqyusson oldu. Biz mehmanxanada görüşdük və Ser Ronaldonun mövsümdə ən az 50 % oyunlarda meydana çıxacağını söylədi. Bizə də bu lazım idi. 6 il ərzində Ronaldo Mançester klubunu öz çiyinlərində daşıdı. Məhz İngiltərədə o, hazırki səviyyəsinə yüksəldi. Bütün bunlar ağır əməyin nəticəsidi. Əgər Ronaldo “Barselona”da oynasaydı, ildə 120 qol vurardı. Fikrimcə, yaxın 500 il ərzində belə bir futbolçu dünyaya gəlməyəcək".





