“Napoli”nin futbolçusu Paolo Kannavaro komandanı tərk etməyə qəti qərar verib. Futbolinfo.az xəbər verir ki, buna səbəb onu baş məşqçi Rafael Beniteslə yola getməməsidi.
Artıq italyanın gedəcəyi klub da müəyyənləşib. Kannavaro ölkə dəyişməsə də, komanda dəyişməli olacaq. Benitesin gəlişindən sonra əsas heyətdə özünə yer tapa bilməyən oyunçu “Latsio” ilə anlaşmağa yaxındı.
Qeyd edək ki, Eduard Reyanın “Latsio”ya baş məşqçi təyin olunması əvvəllər bir yerdə işləyən cütlüyün yenidən bir araya gəlməsinə vəsilə olacaq.





