Slavik Alxasovun “Xəzər Lənkəran”a transfer olunacağı xəbərləri səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, oyunçu özü də açıqlamasında artıq cənub klubundan rəsmi təklif gəldiyini və “Neftçi”nin razılığını gözlədiklərini bildirmişdi.
Əldə etdiyimiz məlumata görə, “ağ qaralar” artıq bu transferə razılıq verib və yaxın günlərdə Alxasov “ağ-yaşıllar”la müqavilə imzalayacaq.
 
Qeyd edək ki, müqavilə ilə "Neftçi"yə məxsus olan Alxasov mövsümün ilk iki dövrəsində icarə əsasında "Sumqayıt"da top qovurdu.
Shares: