Futbol üzrə Makedoniya yığmasının üzvü Vladiça Brdarovski karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, Premyer Liqada çıxış edən 4 klubumuz onunla yaxından maraqlanırlar.
Brdarovski "Xəzər Lənkəran", "Bakı", "Rəvan" və "Sumqayıt"ın hədəfindədi. Əldə etdiyimiz məlumata görə, futbolçunun özü "Qarabağ"da çıxış etmək istəsə də, ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu futbolçunu heyətdə görmək istəməyib. Sözügedən futbolçu bu gün Bakıya təşrif buyuracaq. Vladiçanın hansı komandanın heyətində baxışda olacağını isə qarşıdadkı günlərdə sizə xəbər edəcəyik.
Məlumat üçün qeyd edək ki, Vladiça Makedoniya yığma komandasının və ölkəsinin "Pelister" klubunun oyunçusudu. Müdafiəçidi, 23 yaşı var.





