Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına yollanmağa hazırlaşan "Qarabağ" gənc futbolçularının heç birini qardaş ölkəyə aparmayacaq. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu onları icarəyə vermək haqqında düşünür.
Əldə etdiyimiz məlumata görə, Kamil Hüseynov, Toğrul Bilallı, Elton Yaqublu, Tural İsgəndərov, Bilal Abbaszadə və Murad Səttarlı qonşu ölkədəki hazırlığa aparılmayacaq. Onların digər ortabab və autsayder klublara icarəyə göndərilməsi gündəmdədi.





