UEFA prezidenti Mişel Platini növbəti açıqlamasında yenidən qapı xətti texnologiyasına qarşı olduğunu söyləyib. Futbolinfo.az xəbər verir ki,qurum rəhbəri qolun yalnız hakim tərəfindən qeydə alınmalı olduğunu deyib:
 
“Qol, hakim qərar verərsə, qol olur. Bir qol ofsayddan vurulsa belə, hakimin qərarı keçərli sayılır”.
 
Platini Almaniya Bundesliqasında "Hoffenhaym" – "Bayer" matçında topun qapının kənar torundan qapıya girməsini misal göstərərək bildirib ki, bu texnologiya həmin qarşılaşmada tətbiq olunsaydı, topun xətti keçdiyini göstərəcəkdi.
 
Qeyd edək ki, Platinin əksinə olaraq isə FİFA bu texnologiyadan istifadə etməyi məsləhət görür.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp