İtaliyanın "Roma" klubu rekorda çox yaxındı. Futbolinfo.az xəbər verir ki, klubun fransız baş məşqçisi Rudi Qarsiya hələ hər şeyin qabaqda olduğunu qeyd edib:
“Kyevo” ilə oyun mövsümün çətin matçlarından biri olacaq. İstəyirəm ki, insanlar bizi indiki vəziyyətə görə yox, son nəticəyə görə yadda saxlasınlar. Biz həqiqətən böyük nailiyyət əldə etmişik. Amma bu hələ son deyil”.
Qeyd edək ki, paytaxt klubu bu il “Yuventus” komandasının mövcud rekordunu (mövsümün startında 9 oyunluq qələbə seriyası) təkrarlayıb və yeni rekordu hədəfləyir. Mütləq rekordçu olmaq üçün isə sadəcə növbəti oyunda qələbə qazanmaq yetərlidi.





