Bu gün Azərbaycan Kubokunun 1/16 oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, Naxçıvanda baş tutan qarşılaşmada "Araz-Naxçıvan" "Ağsu" ilə münasibətlərinə aydınlıq gətirib.

Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə olunmuş vaxtın ilk hissəsində Naxçıvan təmsilçisinin şərəfini qoruyan Elmin Çobanov komandasını 1/8 finala daşıyan yeganə qola imza atıb.

Beləliklə, "Araz-Naxçıvan" minimal hesablı qələbə sayəsində 1/8 finalda "Simurq"la qarşılaşacaq. 

30 oktyabr 

Azərbaycan kuboku, 1/16 final

 

“Araz Naxçıvan” – “Ağsu” 1:0
Qol:
Elmin Çobanov, 108
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu

Shares: