UFC döyüş təşkilatı orta çəki dərəcəsində (84 kq-dək) idmançıların reytinqi yenilənib. Bakıda keçirilən “UFC Fight Night 280” turnirində braziliyalı Brunno Ferreyranı hakimlərin yekdil qərarı ilə məğlub edən rusiyalı İkram Ələskərov divizionun top-15-liyinə daxil olub.
Qeyd edək ki, bu çəkidə dünya çempionu titulu ABŞ-li Şon Striklendə məxsusdur.
UFC Orta Çəki Reytinqi (Top-15):
1. Həmzət Çimayev (BƏƏ).
2. Drikus dyu Plessi (Cənubi Afrika).
3. Nassurdin İmavov (Fransa).
4. Brendan Allen (ABŞ).
5. Kayo Borralyo (Braziliya).
6. Entoni Ernandes (ABŞ).
7. Co Payfer (ABŞ).
8. Renye de Ridder (Niderland).
9. İsrael Adesanya (Nigeriya).
10. Robert Uittaker (Avstraliya).
11. Cared Kannonyer (ABŞ).
12. Qreqori Rodriqes (Braziliya).
13. Kristian Dunkan (Böyük Britaniya).
14. Roman Dolidze (Gürcüstan).
15. İkram Ələskərov (Rusiya).
