Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman dünya çempionatında mübarizəni dayandırdıqdan sonra komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 1/6 finalda Paraqvay yığmasına uduzduqları (1:1, p. – 3:4) matçdan sonra fikirlərin bölüşüb.
O, komandadakı taleyinin bəlli olmadığını söyləyib:
“Millidə işləməyə davam etmək istəyirəm, buna hazıram. Amma futbolda hər şey səndən asılı deyil. Almaniya Futbol İttifaqı istəsə, komandanı Avropa çempionatına və Millətlər Liqasına hazırlamaqdan məmnun olaraq. İstəməsələr, bunu açıq şəkildə desinlər”.
Xatırladaq ki, Yulian Nagelsman 2023-cü ildən Almaniya millisində işləyir. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
