Paraqvay millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Almaniyaya qalib gəlib (1:1, penaltilərlə 4:3). Bununla əlaqədar olaraq, ölkə prezidenti Santyaqo Penya 30 iyun tarixini qeyri-iş günü elan edib.

“Paraqvay heç vaxt təslim olmur! Lənət şeytana, bu gün istirahətdir!” — deyə Penya sosial şəbəkədə yazıb.

Paraqvay qanunvericiliyi icraedici hakimiyyətə ildə üç dəfə əlavə qeyri-iş günü elan etmək hüququ verir. Penya oxşar qərarı 2025-ci ilin sentyabrında, milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edəndə də vermişdi.

1/8 final mərhələsində Paraqvay Fransa — İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Shares: