Yunanıstanın “Atromitos” klubundan ayrılan Makana Bakunun Azərbaycana köçməyəcəyi dəqiqləşib.

Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı sol vinger karyerasını Türkiyədə davam etdirəcək.

“Göztəpə”nin sabiq üzvü yenidən Türkiyədə oynayacaq. Almaniyalı ön xətt oyunçusu “Kocaelispor”la anlaşıb. Baku Superliqa təmsilçisi ilə ilkin müqavilə imzalayıb. Futbolçu yaxın günlərdə İzmitə yollanaraq yeni komandasında tibbi müayinədən keçəcək və münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Makana Baku “Neftçi”dən təklif alsa da, futbolçunun maliyyə tələbi bakılıları geri addım atmağa məcbur edib.

Shares: