Futbol üzrə Yaponiya millisi asan rəqib deyil.

Futbolinfo.az xəbər verir ki, bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın 1/16 final mərhələsində Yaponiyaya qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis komandasının oyunundan razı qaldığını və hələ inkişaf üçün imkanların olduğunu vurğulayıb:

“Səbrimizi itirmədik. Həm meydanda, həm də ehtiyat oyunçular skamyasında kifayət qədər seçimimiz var idi. Yaponiya asan rəqib deyil – çox yaxşı təşkilatlanmış və yüksək intensivliklə oynayan komandadır. Neymarı əlavə vaxta saxlayırdım. Əgər ikinci qolu vurmasaydıq, o, 105-ci dəqiqədə meydana çıxacaqdı. Komanda yaxşı oynadığı üçün oyun quruluşunu dəyişmək istəmədim.”

Yaponiya seçməsinə 2:1 hesabı ilə qalib gələn Braziliya 1/8 finala yüksəlib.

Shares: