Polşalı hücumçu Robert Levandovski karyerasını MLS-də davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı forvard ABŞ “Çikaqo Fayr” klubu ilə anlaşıb.

“Barselona”dan bu yay ayrılan Levandovski Amerika klubuna azad agent kimi qoşulub. Təcrübəli hücumçu bir neçə klubdan təklif almasına baxmayaraq, seçimində məhz “Çikaqo Fayr”a üstünlük verib.

Futbolçu təxminən 15 gün əvvəl ABŞ-a səfər edərək şəhərlə və klubun infrastrukturu ilə yaxından tanış olub.

Levandovski ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 46 oyunda iştirak edib, 19 qol vurub. O, komanda ilə birlikdə İspaniya çempionu olub və İspaniya Superkubokunun qalibi adını qazanıb.

Shares: